Ru
Bakı
USD
EUR
GBP
RUB

Nyu-York Moda Həftəsində Azərbaycanı yenə də Rüfət İsmayıl təmsil edəcək

news photo

17.01.2019 12:00 // Cəmiyyət

Azərbaycan Nyu-York Moda Həftəsində təmsil olunacaq. Dizayner Rüfət İsmayıl burada özünün “The Butterfly Effect” (“Kəpənək effekti”) adlı yeni kolleksiyasını nümayiş etdirəcək.

Youthportal.az xəbər verir ki, Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda Həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci il sentyabrın 7-də moda həftəsi çərçivəsində onun “Power of fire” (“Alovun gücü”) kolleksiyası nümayiş etdirilib. Bu kolleksiya moda tənqidçiləri və beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib.

Rüfət İsmayıl yenidən Nyu-York Moda Həftəsində çıxış edəcək. Onun “Affair” brendinin moda dəfiləsi ikinci dəfə rəsmi olaraq Nyu-York Moda Həftəsinin tədbirlər şəbəkəsinə daxil edilib. Dəfilə fevralın 13-də dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da təqdim ediləcək. Qeyd edək ki, burada müasir dövrün ən məşhur dizaynerlərinin nümayişləri təşkil edilir.

Rüfət İsmayıl Nyu-Yorkda özünün 34 modeldən ibarət “The Butterfly Effect” kolleksiyasını təqdim edəcək. Bu kolleksiyanı yaratmağa dizayneri Şimali Amerikaya səfərlərindən birində gördüyü Monarx kəpənəyi ruhlandırıb: kəpənəyin qara, narıncı və ağ rəngli naxışları kolleksiya üçün istifadə olunan parçaların həm rənglərində, həm strukturunda əksini tapıb.

2019-2020-ci illər payız-qış mövsümünün kolleksiyasından danışan Rüfət İsmayıl qeyd edib ki, bu kolleksiya cazibədarlığı ilə ağlı başdan alan, lakin əlçatmaz olan güclü, iradəli və əsrarəngiz xanımlar üçündür.

Dizayner deyib: “Mən kolleksiyanın yaradılmasında krep-şifon, ipək kimi bahalı materiallardan və fərdi sifariş əsasında Monarx kəpənəyinin qanadlarının təsviri ilə yerinə yetirilmiş parçalardan istifadə etmişəm. Əsas rənglər qara rənglə qabardılmış narıncı və zümrüdü-yaşıl rənglərdir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Qəbul imtahanlarının vaxtı dəyişdi

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi