Ru
Bakı
USD
EUR
GBP
RUB

Növbəti Formula 1 üçün tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq

news photo

03.12.2019 16:08 // Formula 1

Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisi üçün Bakı şəhərində tikinti-quraşdırma işlərinə mart ayında başlanılacaq.

Youthportal.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

N.Arpadarai vurğulayıb ki, bilet satışı uğurla davam edir. Onun sözlərinə görə, yarışmaya maraq əvvəlkindən daha çoxdur və xaricdən bilet alanların sayında artım var.

O əlavə edib ki, gələn ilin yanvar ayının 15-ə qədər biletlərin endirimli satışı davam edəcək.

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi