Ru
Bakı
USD
EUR
GBP
RUB

Notr-Dam kilsəsinin bərpası üçün 270 milyon avro yığılıb

news photo

25.07.2019 16:28 // Dünyada

Aprel ayında güclü yanğın baş vermiş Paris Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya yaxın ianə yığılıb. Vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.

Youthportal.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə fondlardan əldə olunan məlumatlarda bildirilir.

Aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.

Ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.

"Biz 152 ölkədən olan 230 min şəxsdən 221 milyon avro əldə etmişik", - deyə "İrs Fondu"nun mətbuat xidmətinin rəhbəri Lorans Levi bildirib.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi