Ru
Bakı
USD
EUR
GBP
RUB

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək (FOTO)

news photo

13.06.2019 11:17 // Təhsil

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru Erik Maskin UNEC-də olub.

Ümumdünya Gömrük Təşkilatının dəvətilə Bakıda olan Erik Maskin səfər çərçivəsində UNEC-in rəhbərliyi və professor müəllim heyəti ilə görüşüb.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonağa universitet barədə ətraflı məlumat verilib. Erik Maskinə UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor, universitetdə iqtisadiyyatın müxtəlif sahələrinin aktual problemlərini araşdıran 30-a yaxın elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı universtetdə elmi tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, bu sahədə universitetə yaxından dəstək göstərə biləcəyini vurğulayıb.

Görüşdə birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. UNEC-də Erik Maskinin rəhbərliyi ilə elmi tədqiqat mərkəzinin yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda birgə tədqiqatların aparılması, konfrasların təşkili və alimin UNEC-in ingilis dilli elmi jurnalının redaksiya heyətinə üzvlüyü barədə fikir mübadiləsi aparılıb.

Sonra Nobel mükafatçısı UNEC-in professor-müəllim heyəti ilə görüşüb. E.Maskin Nobel mükafatını qazanmasına səbəb olan mexanizm dizaynı nəzəriyyəsinin əsaslarından danışıb. Nobel mükafatının əldə olunması istiqamətində təcrübələrini UNEC alimləri ilə bölüşüb.

Görüşdə UNEC alimlərinin qloballaşmanın ölkə iqtisadiyyatına təsiri, biznes etikasının əhəmiyyəti, protektionizm siyasəti, iqtisadi inkişafın davamlılığının təmin edilməsində ölkələr üzərinə düşən əsas vəzifələr barədə sualları cavablandırılıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi