Ru
Bakı
USD
EUR
GBP
RUB

Niyazinin mənzil-muzeyinin 25 illiyi qeyd olunacaq

news photo

13.09.2019 17:09 // Cəmiyyət

Sentyabrın 17-də Maestro Niyazinin adını daşıyan muzeyin yaradılmasının 25 illiyi qeyd ediləcək.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Youthportal.az-a bildirib ki, tədbirdə görülən işlər, qarşıda duran vəzifələr haqqında danışılacaq, maestronun həyat və yaradıcılığından bəhs ediləcək.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, xalqımızın maddi-mənəvi xəzinəsi və tarixi sayılan böyük şəxsiyyət-Niyazini ürəklərdə yaşadaraq onun mükəmməl yaradıcılığının mühafizəkarına çevrilən bu mənzildə maestro 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi