Ru
Bakı
USD
EUR
GBP
RUB

Niko Rosberq: Formula 1 gələcəkdə Formula E ilə birləşə bilər

news photo

16.10.2018 15:13 // Formula 1

2016-cı ilin Formula 1 çempionu Niko Rosberq bildirib ki, gələcəkdə Formula 1 və Formula E çempionatları vahid seriyada birləşə bilərlər.

Youthportal.az xəbər verir ki, N.Rosberq əlavə edib: “Ola bilər ki, bu iki çempionatın birləşəcəyi üçün biz Formula E yarışlarının Formula 1-dən populyar olacağının görməyək. Formula 1-in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə hər iki seriyanın birləşməsi baş verəcək.

Formula 1 üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda Formula 1 üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var – bu, Con Maloundur”.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi