Ru
Bakı
USD
EUR
GBP
RUB

“Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada nəşr olunub

news photo

22.04.2019 15:39 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildirilib ki, monoqrafiya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dilinin tədqiqinə həsr olunub. Müəllif Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji və leksik dialektizmləri tarixi-müqayisəli və dialektoloji aspektdə tədqiq edib. Tarixi-linqvistik faktların tədqiqindən belə bir nəticə çıxarıb ki, Nəsiminin dilində özünü göstərən dialekt faktlarının bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dil elementləri, digəri isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.

Əsərdən belə qənaətə gəlmək olur ki, XIV-XV əsr Azərbaycan ədəbi dilinin koyne əsasını Nəsiminin mənsub olduğu Şərq qrupu dialekt və şivələri təşkil edir.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi