Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda tələbələr arasında mini futbol turniri keçirilib (FOTO)

news photo

31.10.2018 17:34 // Gənclər üçün

23-30 oktyabr 2018-ci il tarixdə Nərimanov rayon, Q.Rəşid küçəsində yeni salınmış stadionda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbələri arasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibəti ilə mini futbol üzrə rayon turniri keçirilib.

Youthportal.az xəbər verir ki, turnirin əsas məqsədi “18 oktyabr – Dövlət Müstəqilliyi Günü”nü geniş şəkildə qeyd edilməsi, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, futbol idman növünün təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir. Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Bakı Avrasiya” Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov və 40 nəfər fəal tələbələr iştirak etmişlər. 

Turnirin mükafatlandırma mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Bakı Avrasiya” Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli və Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov qalib komandaları təbrik edərək ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışmışlar. 

Turnirin nəticələrinə görə I yerə “Bakı Avrasiya” Universitetin “Avrasiya” komandası, II yerə “Old Team” komandası, III yerə isə “Thor” komandası layiq görülmüşlər. 

Qaliblər təşkilatçılar tərəfindən diplom, medallar və kubok ilə təltif olunmuşlar.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi