Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Sağlam gülüşlər” adlı layihənin daha bir təlimi keçirilib

news photo

14.06.2019 14:48 // Gənclər üçün

11 iyun 2019-cu il tarixdə 193 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlam gülüşlər” adlı layihənin daha bir təlimi keçirilib.

Təlimdə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin nümayəndəsi, eyni zamanda layihənin təlimçisi Ümidə Rəhimova, 193 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.

Çıxış edən “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin nümayəndəsi, eyni zamanda “Sağlam gülüşlər” adlı layihənin təlimçisi Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək  və onları bu sahədə maarifləndirməkdir. Ü.Rəhimova qeyd etdi ki, aparılmış araşdırmalara görə, qarşımızdakı adamın bizimlə əlaqədar fikri ilk 7 saniyədə yaranır. Həm iş həyatında, həm də şəxsi həyatda ünsiyyət və qarşımızdakı insanlarda yaratdığımız ilk təəssürat çox əhəmiyyətlidir. Gözəl və etibarlı bir gülüş insanda müsbət təsir yaradaraq doğru ünsiyyət qurmağa köməkçi olur. Cəzbedici gülüş üçün dişlərin sağlam olması çox əhəmiyyətlidir. Bu gün demək olar ki, hər bir ailədə dişlə bağlı müəyyən problemlər vardır. Dişlərin sağlamlığına kiçik yaşlardan fikir vermək lazımdır. Diş sağlamlığı ilə əlaqədar doğru bildiyimiz səhvlər, səhv bildiyimiz doğrular. Bəzən insan öz sağlamlığı üçün xeyirli və zərərli olanları yaxşı fərqləndirə bilmir. Təbii ki, bütün bunlar orqanizmdə problemlərin yaranmasına səbəb olur. Gözəl dişlərlə gülüş insanın özünə olan güvəninin simvoludur. Cəzbedici gülümsəmə və dümağ dişlər digər insanlarda yaxşı fikir formalaşdıra bilər. Unutmaq lazım deyil ki, insan dünyaya bir dəfə gəlir. 

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi