Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin daha bir təlimi və intellektual yarışı keçirilib

news photo

26.12.2018 18:25 // Gənclər üçün

24 dekabr 2018-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecin iclas zalında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin daha bir təlimi və intellektual yarışı keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Sənan Əliyev, layihənin təlimçisi Rəşad Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Əli İsgəndərli və 30 nəfər gənc iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Sənan Əliyev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı. Xeyriyyəçilik və  könüllülük  prosesin  ən enerjili,  ən həvəsli aparıcı qüvvəsi Azərbaycan gəncliyidir. Dünyanın istənilən ölkəsində  gənclər sosial‐iqtisadi inkişafın hərəkətverici zümrəsi hesab olunur. Gənclər cəmiyyətin dinamik hissəsi olmaqla, ictimai‐siyasi, sosial‐ iqtisadi və  mədəni həyatda fəal iştirak edir, ölkədə  baş verən bütün proseslərin mərkəzində dayanırlar.

Sonra “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. P.Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də  belə  idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə  sadiq qalacağıq. Könüllülük həm də  kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir‐birinin evini tikən, torpağını şumlayan ataların, toplaşıb birlikdə  şəkərbura bükən, təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik.   

Daha sonra qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı. 

Rəsmi hissədən sonra “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin intellektual yarışına start verilmişdir. İntellektual yarışında qalib gəlmiş könüllülər “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi