Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib

news photo

01.12.2017 17:34 // Cəmiyyət

29 noyabr 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin təşkilati dəstəyi ilə “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

<br />

Youthportal. az Gənclər və İdman nazirliyinə istinadla xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Rahim Rəhimov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru, dosent Fikrət Quliyev, “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva, layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimov və 240 nəfər tələbə iştirak etmişdir.

<br />

Tədbiri giriş sözü ilə açan &quot;Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qonaqları və tədbir iştirakçılarını salamlamış, layihənin məqsədi haqqında geniş məlumat vermişdir. Layihə rəhbəri qeyd etmişdir ki, 3 gün ərzində keçiriləcək Gənc Kooperatorların II Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.

<br />

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Rahim Rəhimov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru, dosent Fikrət Quliyev, “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov və digər çıxışçılar qeyd etdilər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların II Liderlik Məktəbi” layihəsi çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.

<br />

Tədbirin rəsmi açılış mərasiminindən sonra layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimovun rəhbərliyi ilə layihənin ilk təlimi keçirilb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah da yağış, qar yağacaq

“BİR” könüllülərdən növbəti dəstək

Atəşkəs rejimi 25 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi