Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

news photo

14.11.2019 15:05 // Gənclər üçün

07 noyabr 2019-cu il tarixdə 37 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin növbəti təlimi keçirilib.

İctima birlikdən Youthportal.az-a bildirilib ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisin Vüsal Ömərov, 37 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak etmişlər.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Təlimçi qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı və innovativ idarəçilik modullarının tədqiqi yeni idarəetmə mərhələsini formalaşdırdı, “Elektron Hökumət” idarəçilik modulu ilə əvəzlədi. Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in formalaşdırılması hesab edilir. “Elektron Hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara vəvətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətləringöstərilməsinə şərait yaradır”

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi