Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin daha bir təlimi keçirilib (FOTO)

news photo

14.11.2019 16:19 // Gənclər üçün

08 noyabr 2019-cu il tarixdə 45 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin növbəti təlimi keçirilib.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisiVüsal Ömərov, 45 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak etmişlər.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Təlimçi qeyd etdi ki, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə yönəlib. Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və onun fəaliyyəti üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla hüquqi baza yaradılmışdır.

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi