Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib (FOTO)

news photo

15.11.2019 13:38 // Gənclər üçün

12 noyabr 2019-cu il tarixdə 73 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin növbəti təlimi keçirilib.

Təlimdə 73 saylı tam orta məktəbin direktoru Füzuli Həsənov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov,73 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak etmişlər.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Tədbirdə təlimçi “Elektron Hökumət”in əsas fəaliyyət prinsipləri haqqında geniş məlumat verdi.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi