Ru
Bakı
USD
EUR
GBP
RUB

“Nəqliyyat könüllüləri” sürücü və sərnişinlər arasında ictimai davranış qaydalarını təbliğ edir (FOTO)

news photo

17.12.2018 15:49 // Cəmiyyət

Sumqayıtda ictimai nəqliyyat vasitələrində artıq tez-tez xüsusi geyimli tələbələrə rast gəlmək olur. Bunlar şəhərdə yaradılan “Nəqliyyat könüllüləri” dəstəsinin üzvləridir.

Sumqayıtda Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə dekabrın əvvəlindən start götürən maarifləndirici aksiya davam edir.

Youthportal.az xəbər verir ki, Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Elgün Hümbətov  bildirib ki, “Nəqliyyat könüllüləri” dəstələri sürücü və sərnişinlər arasında ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda-qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaq məqsədilə yaradılıb. E.Hümbətov maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclərin iştirak etdiyini söyləyib.

O, könüllülərin qrup şəklində Baş İdarə və Nəqliyyat MMC-nin əməkdaşlarının müşayiəti İlə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi apardığını diqqətə çatdırıb.

AZƏRTAC

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi