Ru
Bakı
USD
EUR
GBP
RUB

Neft və Qaz İnstitutunda beynəlxalq seminar: Palçıq vulkanizmi və karbohidrogen sistemləri (FOTO)

news photo

19.09.2019 18:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq məktəb-seminar keçirilib.

Neft və Qaz İnstitutundan Youthportal.az-a bildirilib ki, məktəb-seminar “HOTMUD” layihəsinin maliyyə dəstəyi ilə AMEA-nın Neft və Qaz İnstitutu, Oslo Universitetindəki Təkamül və Yer Dinamikası Mərkəzi və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti arasında əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində keçirilib.

Seminarın təşəbbüskarları AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Oslo Universitetinin Təkamül və Yer Dinamikası Mərkəzinin üzvü, fəlsəfə doktoru Adriano Mazzini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya və Geokimya kafedrasının dosenti, geologiya və mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qriqori Axmanovdur.

Tədbirin proqramına birgünlük elmi seminar və dördgünlük Azərbaycan palçıq vulkanlarının təbii çıxışlarına çöl ekspedisiyaları daxil olub.

Məktəb-seminarda 6 ölkədən (Norveç, Almaniya, Rusiya, ABŞ, İtaliya, Çexiya) 23 nümayəndə iştirak edib. Seminarda Azərbaycanı Neft və Qaz, Geologiya və Geofizika, Coğrafiya institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin və AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin alimləri və magistr tələbələri təmsil ediblər.

Elmi seminarda Yer kürəsinin müxtəlif bölgələrinin, o cümlədən Azərbaycanın palçıq vulkanları, karbohidrogen yataqları, Yerin geodinamikası, xüsusən seysmiklik, litosfer plitələrinin tektonikası haqqında məruzələr dinlənilib.

Elmi sessiyanın sonunda Adriano Mazzini iştirakçıları seminara daxil olan 4 günlük ekspedisiyanın proqramı ilə tanış edib.

Məktəb-seminarın iştirakçıları ekspedisiyanın ilk günü Azərbaycanın gənc alim və mütəxəssisləri xarici qonaqlarla birlikdə Pirəkəşkül, Qırmakı dərəsi və Yanardağda, sonrakı günlərdə Daşgil, Bahar, Qoturdağ və Lökbatan palçıq vulkanlarında olublar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi