Ru
Bakı
USD
EUR
GBP
RUB

Nə? Harada? Nə zaman? Oyunu üzrə II Regionlar Kubokunun seçim turları keçirilib (FOTO)

news photo

31.10.2019 16:17 // Gənclər üçün

28 oktyabr 2019-cu il Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu regionlarda yerləşən təhsil şöbələri və Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Regionlar Kuboku”nun seçim turları keçirilib.

Youthportal.az xəbər verir ki, layihə çərçivəsində  5 regionda seçim turu təşkil edilib. Seçim turlarında 100-ə yaxın komanda regionun ən güclü komandası adı uğrunda mübarizəyə qatılıblar.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, region gənclərinin intellektual potensialının artırılması, potensiallı gənclərin üzə çıxarılması, region gənclərinin intellektə situmullaşdırılması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turları 25-27 oktyabrın tarixində ardıcıl olaraq Şamaxı, İsmayıllı, Qəbələ, Tərtər və Mingəçevir gəncləri arasında baş tutub. Komandalar Azərbaycanın tarixini, mədəniyyətini, turizimini və ümumilikdə dünya görüşünə əsaslanan müxtəlif suallara cavab verərək xalları öz hesablarına yazdırmağı bacarıblar. Nəticədə, gərgin keçən seçim turlarında ən yaxşı nəticə göstərən komandalar  noyabrda Şəki şəhərində keçiriləcək final oyununa vəsiqə qazanıblar.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə II Regionlar Kubokununun finalında seçim turunda uğurlu nəticə qazanan komandalar ilə yanaşı digər regionlardan olan çox saylı komandaların da iştirakı nəzərdə tutulub. Ümumilikdə, kubokun final mərhələsində 25-dən artıq komandanın mübarizə aparacağı planlaşdırılıb. Qalib komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr, kubok və medallar ilə mükafatlandırılacaqlar. Layihə ilə bağlı ətraflı məlumat təşkilatın facebook səhifəsindən (fb.com/iiok.az) əldə etmək mümkündür.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi