Ru
Bakı
USD
EUR
GBP
RUB

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında rayon çempionatı (FOTO)

news photo

13.08.2018 17:00 // Gənclər üçün

12 Avqust “Beynəlxalq Gənclər günü” münasibəti ilə avqustun 10-da Siyəzən rayon Gənclər Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında rayon çempionatı  təşkil olunub. 

Youthportal.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1. yarımbəndinin icrasının təmin olunması, rayon gənclərinin intellektual fəaliyyətə cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. Çempionatda gənclərdən ibarət “Good boys”, “İdeal”, “Aysberq”, “Ezel”  “Zirvə”, “Spartak”, “Uran” və “Dejavu” komandaları iştirak ediblər. 2 turun ümumi nəticəsinə görə “Ezel” komandası I, “Spartak” komandası II, “İdeal” komandası isə III olub. Qalib komandalar fəxri fərmanlarla təltif olunublar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi