Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazirlik: Təhlükəli hava şəraiti ilə əlaqədar sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib

news photo

16.01.2019 14:43 // Cəmiyyət

Azərbaycanda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Youthportal.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə müvafiq Qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi