Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazirlik Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi

news photo

10.03.2015 19:15 // Cəmiyyət

Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Youthportal.az FHN-nin məlumatına istinadən xəbər verir ki, xəbərdarlıqda Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalar yer alıb:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

FHN bildirir ki, hər hansı bir təhlükə yaranarsa, vətəndaşlar 112-yə zəng edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi