Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 Təcili Tibbi Yardım briqadası ayrılıb

news photo

19.07.2019 11:01 // Cəmiyyət

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı davam etdiyi dövrdə, müəyyən olunan yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcək. 

Səhiyyə Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. 

Həkimlərin festivalın keçiriləcəyi yerlərdə növbə çəkmələri iyunun 29-dək davam edəcək. 

Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. 

Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi