Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir: “Son 15 ildə dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb”

news photo

14.12.2018 12:28 // Gənclər üçün

“Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”.

Youthportal.az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artırılıb: “Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi