Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimovun Londona rəsmi səfəri başlayıb

news photo

27.04.2015 16:15 // İdman

Youthportal.az-ın aldığı məlumata görə,bu gün keçiriləcək Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu şəhərə rəsmi səfəri başlayıb.

Londonun məşhur “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi