Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimov Qırğızıstanlı həmkarı ilə görüşdü

news photo

16.10.2019 09:47 // İdman

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında gənclər və idman sahələrində həyata keçirilən sıx əməkdaşlıqdan danışılıb və əlaqələrimizin daha da inkişafı müzakirə edilib. Bu baxımdan gənclər və idman sahələrində əməkdaşlıqla bağlı müvafiq sənədin hazırlanması istiqamətində görülməli olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin idman və gənclər sahələrində həyata keçirilən beynəlxalq tədbirlərə iki ölkə gənclərinin cəlb olunması, gənclər təşkilatları ilə iş, yarışların, idmançılar üçün təlim-məşq toplantılarının birgə təşkili və digər məsələlər müzakirə edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi