Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimov Masallıda vətəndaşlarla görüşdü (FOTO)

news photo

24.05.2019 11:00 // Cəmiyyət

24 may 2019 –cu il tarixdə gənclər və idman  naziri  Azad  Rəhimov  Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından  olan vətəndaşları  qəbul  edib. Ümumilikdə, qəbulda  10  nəfər  vətəndaş  iştirak  edib.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, müraciətlər Olimpiya  İdman  Komplekslərinin, Gənclər evlərinin, eyni  zamanda,   digər  idman  qurğularının  tikintisi  və  təmiri, onların idman  avadanlıqları ilə təmin olunması, yeni  UGİM,  QHT-lərin    yaradılması,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib , nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin  isə qeydə alınaraq aidiyyəti   istiqamətlər üzrə  göndəriləcəyi  bildirilib.  Bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi