Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)

12.06.2020 15:08 // Gənclər üçün
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının qalib iştirakçıları ilə görüşüb, onlara gələcəyin liderləri olaraq bu məktəbi yüksək səviyyədə bitirməyi arzu edib.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə 2019-cu ildən keçirilən proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. Nazir Azad Rəhimov çıxışı zamanı bildirdi ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır. Çıxışının davamında Azad Rəhimov vurğuladı: “Sizi, 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan COVİD-19 pandemiyası qarşımıza yeni vəzifə və çağrışlar qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti əhalinin ilk növbədə sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar – xüsusi fondun yaradılması, Bakı və regionlarda karantin üçün yerilərin ayrılması, modul tipli xəstəxənaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.
Layihə haqqında danışarkən bildirək ki, 01-30 aprel 2020-ci il tarixlərdə 2020-ci il üçün elan olunmuş proqrama 40-dan artıq rayon və şəhərdən 350-dən cox gənc müraciət edib. Hər bir iddidaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlyan formada müsahibə aparılıb. Ümumilikdə, 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda da işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun-sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar. Təkliflər aydiyyatı üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur.
Sanitariya-epidimaloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub. 2019-cu ildə həyata keçirilmiş proqram çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Əlkəbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosila Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayevlə görüşüblər. Proqram Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əsasında həyata keçirilir.




Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət