Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimov BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb (FOTO)

news photo

01.02.2017 14:00 // Siyasət

30 Yanvar 2017-ci il tarixdən etibarən Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu öz işinə başlayıb.

BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti cənab Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayndə heyəti təmsil edib.

Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır.

Bunları nəzərə alaraq, forumda problemin çoxtərəfli həllinə dəstək məqsədilə milli, regional və qlobal səviyyələrdə gənclərin inkişafı üçün innovativ yanaşmalar və təşəbbüslər təşviq ediləcək. Eyni zamanda, forumda insanlar, planet, sülh və rifah mövzusunda kollektiv fəaliyyət üçün ideya və təşəbbüslər də əsas müzakirə istiqamətlərindən olacaq.

Forum zamanı çıxış edən nazir Azad Rəhimov ölkədə Dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən Dövlət Proqramlarının, Sərəncamların imzalandığını diqqətə çatdırdı. Nazir qeyd etdi ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Ban Ki-munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə oldu.

Azad Rəhimov: “Forumun əsas mövzuları olan , insanlar, planet, sülh və rifaha gəldikdə isə, biz müxtəlif Dövlət Qurumları və QHT-lər ilə birlikdə bu istiqamətlər üzərində uzun zamandır ki, ciddi işlər aparırıq. Çünki, gənclərin global cəmiyyətdə öz sözlərini deməsi, onların müxtəlif sahələri əhatə edən fikir və təşəbbüslərini realizəsi önəmli faktorlardandır.”

Nazir, region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd etdi. Bu mövzunun davamında Azad Rəhimov Azərbaycanın tarixi şəhəri olan Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçildiyini bildirdi və bu layihənin uğurla həyata keçirilməsi məqsədi ilə, cənab Prezident tərəfindən Sərəncam imzlandığını, ümumilikdə 2016-cı ildə Gəncə şəhərində 150-dən artıq yerli və beynəlxalq layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Azad Rəhimov: “Dünyada iqtisadi problemlərin yaşanmasına baxmayaraq, ötən il ərzində tərəfimizdən 1008 gənclər layihəsi həyata keçirilib ki, onların da böyük əksəriyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulmuşdur. Gənclər sahəsində görülən işlər haqda danışarkən, qeyd etməliyəm ki, Prezident yanında Gənclər Fondu tərəfindən son 5 ildə 3341 layihə dəstəklənib. ”

Çıxışının sonunda nazir Azərbaycanın istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə gənclərin inkişafı və gənclərə yönəlik layihələri dəstəkləyəciyini xüsusi olaraq diqqətə çatdırıb.

BMT-ə səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı xanım Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib.

Bununla yanaşı, nazir Gürcüsatan və Serbiyalı həmkarları ilə də görüşüb. Görüş zamanı hər iki ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda qarşıda duran planlar haqda müzakirələr aparılıb.

Azad Rəhimov Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib. Rəsmilər iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya- Azərbaycan gənclər forumunu, eyni zamanda AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyüy yüksək fəaliyyəti müzakirə ediblər.

Səfərin sonunda nazir Azad Rəhimov BMT-nin baş katinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb. BMT nümayəndəsi Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi layihələrin önəmindən danışıb və Azərbaycana BMT-nin gənlər sahəsinin inkişafı istiqamətində həyata keçrdiyi layihələrə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, Forum çərçivəsində nazirlərin dəyirmi masa görüşü də baş tutur ki, burada hər bir ölkədə gənclər sahəsinin inkişafı istiqamətində görülən işləri təqdim edir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının hər il keçirilən Gənclər Forumu gənclərin fikir, təklifləri və innovasiyaları vasitəsilə BMT səviyyəsində siyasi müzakirələrə töhvə vermək imkanı yaradan bir tədbirdir

Qeyd edək ki, Azərbaycan Respublikası BMT ilə sıx əməkdaşlıq edir və BMT-nin mənzil qərargahında imzalanan sənədə əsasən 2014-ci ilin oktyabr ayında Bakıda ilk dəfə olaraq Gənclər siyasəti üzrə Qlobal Forum keçirilmişdir.

Forumun sonunda, 2017-ci ilin iyul ayında çağırılacaq Yüksək Səviyyəli Siyasi forumda müzakirələr üçün yekun sənədlər hazırlanacaq.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi