Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir Azad Rəhimov Avropa idman gecəsində Bakı 2015 Avropa oyunlarına hazırlıq haqda danışacaq

news photo

06.05.2015 11:01 // İdman

6 may 2015-ci il tarixdə Belçikada “Avropa idman gecəsi” adı altında böyük idman tədbiri keçiriləcək.

Artıq sayca 4-cü dəfə keçirilən və Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı Ofisinin təşkil etdiyi gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, Hessen Ştatının Daxili və İdman naziri Peter Beuth, Hessen Ştatının Federal və Avropa İşləri naziri Lucia Puttrich və digər ölkələrin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcək.

“Avropa idman gecəsi” nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa Olimpiya Komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıqlar doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.

Tədbir zamanı plenar icalsların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.

“Bakı 2015 Avropa oyunları: 5 həftə qalmış” bölümündə nazir Azad Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. 20 dəqiqəlik çıxışında eyni zamanda Azad Rəhimov Bakı 2015 Avropa oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi