Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı (FOTO)

news photo

01.06.2019 11:03 // İdman

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Youthportal.az xəbər verir ki, bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi