Ru
Bakı
USD
EUR
GBP
RUB

Nazim Babayev gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb

news photo

15.07.2019 10:54 // İdman

İyunun 14-də Nazim Babayev İsveçin Qalve şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında üç təkanla tullanmada gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından Youthportal.az-a bildiriblər ki, yarışda üç təkanla N.Babayev 17.03 metr uzununa tullanıb və nəticədə ikinci olub. Çempionatda qızıl medalı Türkiyə atleti Necati Ər qazanıb (17.37 m).

Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qalib olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi