Ru
Bakı
USD
EUR
GBP
RUB

NAYORA-nın XV Hesabat-Seçki Qurultayı keçirilib (FOTO)

news photo

23.07.2018 13:07 // Gənclər üçün

Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20 iyul 2018-ci il tarixində XV Hesabat-Seçki Qurultayı keçirilib. Qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələrinin iştirak edib.

Qurultay NAYORA-nın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək, Milli Şuranın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçirilib.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, daha sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədə sədr Seymur Hüseynov tərəfindən Milli Şuranın 2016-2018-ci illər üzrə fəaliyyətin hesabatı təqdim olunub. Təqdimatda bu illər ərzində həyata keçirilən layihələr, tədirlərdən bəhs olunub. Milli Şurada 2016-2018-illər üzrə 365 tədbir təşkil olunub, NAYORA vasitəsi ilə gənclər təşkilatlarının nümayəndələri 91 beynəlxalq tədirdə təmsil olunub. Millli Şuranın dəstəyi ilə üzvü olan gənclər təşkilatları 50-ə yaxın tədbir həyata keçirib. Sosial şəbəkələr vasitəsi ilə təşkilatın fəaliyyətini 500-dən artıq gənc izləyib. Ümumi olaraq, təşkil olunan fəaliyyətlərdə 17175 nəfər gənc və 150-dən artıq gənclər təşkilatı birbaşa olaraq iştirak edib.

Hesabatdan sonra rəsmilərin çıxışları dinlənilib:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev: “Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir. Milli Şura bu iki il ərzində bir çox uğurlara imza atıb. Şura Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. ARGTMŞ dövlət qurumlarının da etibarlı tərəfdaşına çevrilib, bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatları gənclərin problemlərini, mövqelərini toplamalı, ARGTMŞ-yə təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm"

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev: “Bu gün Milli Şurada önəmli günlərdə biridir. Bizim üçün hər bir gənclər təşkilatının uğuru qürur hissidir. 22 ildən artıq fəaliyyət göstərən Milli Şuranın daimi uğurları sevindiricidir. 22 il öncə indiki kimi imkanları yox idi lakin məqsədi və hədəfləri daima olub. Bu gündə Ulu Öndər tərfindən qoyulan gənclər siyasəti ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilir və dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün daha çox imkanlarımızı var, daha çox şərait yaradırıq və çox yaxşıdır ki, Milli Şura bundan istifadə edə bilir”.

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri, Millət vəkili Ülvi Quliyev: “Milli Şura tərəfindən 2 il müddətində çox böyük işlər görülüb və bu bizi çox sevindirir. Çünki, gənclər siyasətimizin məqsədi gənclərimizi intelektual, savadlı və vətənpərvərlik ruhda yetişdirilməsidir. ARGTMŞ yarandığı kimi gündən bu günə kimi bir çox böyük uğurlara imza atıb. Biz Milli Məclisin gənclər və idman komitəsi olaraq həmişə sizin gənclərinizi ideyalarına açığıq və sizin yanınızda olmaqdan məmnunuq”.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərif Cəfərov: “Məlumdur ki, Milli Şura əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti bu gündə prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həm gənclər siyasətinin genişləndirilməsində və həyata keçirilməsində, həm də vətəndaş cəmiyyətinin inkişafında xüsusi rol oynamışdır. Bu gündə hesabatda gördüyünüz kimi Milli Şuraya üzvü olan gənclər təşkilatları sayı 10 dəfə artmışdır. Bu onu göstərirki bu plaform gənclər təşkilatlarının etimadını qazanıb”.

Rəsmilərin çıxışlarından sonra NAYORA-nın sədrliyinə namizədlərin çıxışı dinlənilib. Tədbirin növbəti hissəsində Milli Şuraya sədr, büro üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına namizədlərin səsverməsi baş tutub. Səsvermə nəticəsində seçilmiş yeni sədri Məryəm Məcidova çıxış edib. “Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil etmək üçün, Azərbaycan dövlətçiliyinin və mədəniyyətinə sadiq olaraq idarə edəcəyimə əmin olaraq Gənclər Təşkilatları Milli Şurasının sədr vəzifəsinə namizədliyimi irəli sürmüşəm”.

Daha sonra, Milli Şuranın sədr müavinləri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən Lalə Darçınova və Azərbaycan Skautlar Assosiasiyasından Emin Babayev, büro üzvləri “Bakı Gənclər Klubu” İctimai Birliyindən Sabir Rüstəmov, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyindən Nail Şükürov, “DAN Beynəlmiləlçi Gənclər” İctimai Birliyindən Səbinə Əliyeva, Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyindən Səadət İmanova, “Gənc Xəzər Mühəndisləri” İctimai Birliyindən Həsən Abbasov, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasından Səbuhi Abbasov və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyindən Seymur Vəliyev, MNTK üzvləri “Gənclər Mərkəzi” İctimai Birliyindən Elvin Hüseynov, “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyindən Zaur Seydizadə, “İşıqlı Gələcək” Gələcək İctimai Birliyindən Rəşad Qurbanov, “Bizim Gənclik” İctmai Birliyindən Sona Əlizadə və “Avropanın Gənc Azərbaycanlı Dostları” Assosiasiyası İctimai Birliyindən Qasım Xasməmmədli seçilib

Qurultay çərçivəsində 2016-2018-ci illərdə Milli Şuradada fəaliyyətinə görə gənclərin mükafatlandırılması baş tutub, daha sonra cari məsələlər müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Gənclər Təşkilatları  Milli Şurası öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.  1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi