Ru
Bakı
USD
EUR
GBP
RUB

NAYORA-nın "Start it UP, Keep it UP" layihəsi çərçivəsində birinci təlim kursu həyata keçirilmir (FOTO)

news photo

19.04.2019 14:04 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu "Start it UP, Keep it UP" layihəsi, 12-18 Aprel tarixlərində Xorvatiyanın Kutina şəhərində, “Institute of Youth Power” gənclər təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilib. Təlim kursunun təlimləri sahibkarlığa aid bir çox Erasmus+ layihələrinin təlimçiləri olmuş Zoran Vitanov və İsmail Sehiç tərəfindən həyata keçirilmişdir.

"Start it UP, Keep it UP" layihəsi çərçivəsində Azərbaycan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Latviya və Xorvatiya olmaqla, 6 tərəfdaş ölkənin hər birindən 4 iştirakçı və 1 koordinator iştirak etmişdir. Qeyd olunan tədbirdə NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Məmmədov layihə koordinatoru qismində iştirak etmişdir.

Tədbirin ilk günü iştirakçılar əyləncəli tanışlıq oyunları vasitəsilə bir-biriləri ilə tanış olmuş, öz təcrübələrini bölüşmüş və "Start Up"-ları ilə bağlı təqdimatlar nümayiş etmişlər. Daha sonra iştirakçılara layihə haqqında ətraflı məlumat verilmiş və onlar arasında layihə və layihədən gözləntiləri barədə kiçik müzakirələr həyata keçirilmişdir. Günün ikinci hissəsi isə iştirakçıların bir hissəsi öz sahibkarlıq təcrübələrindən, bu yolda əldə etdikləri müvəffəqiyyətlərdən və uğursuzluqlarından bəhs etmişlər.

İkinci gün iştirakçıların digər hissəsi sahibkarlıq təcrübələri barədə danışmışlar. Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları zaman pul itirməmək üçün effektiv strategiyalar seçməyin üsul və metodları barədə ətraflı məlumat verilmişdir. Günün növbəti hissəsi sosial sahibkarlıq və sahibkarlıq arasında fərqlər haqqında təlimlər keçirilmişdir. İştirakçılar, eyni zamanda, mentorluğun onların üçün nə məna kəsb etməsi, mentor olmaq üçün hədəfləri və ideal mentor olmağın sirləri barədə qruplalarla işləyib öz fikirlərini təlimçilərlə bölüşmüşlər.

Üçüncü gün təlimçilər iştirakçılara “SWOT” analizinə bənzəyən “Johari” diaqramını təqdim etmiş və bu istiqamətdə vətəndaş cəmiyyətində, sosial sahibkarlıq fəaliyyətində iştirakın müəyyən qrup insanlar tərəfindən necə qarşılandığını izah etmişlər. Günün ikinci yarsı isə tədbir iştirakçıları Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə qısa səfər etmiş və yerli sahibkarla görüşlər həyata keçirmişlər.

Dördüncü gün iştirakçılar bir neçə qrupa bölünərək gənclər təşkilatları ilə sosial sahibkarlıq arasında əlaqəni tapmağa çalışmışlar, həmçinin, öz fikirlərini təqdim etmiş və daha sonra təlimçilərdən bu barədə ətraflı məlumatlar əldə etmişlər. Günün digər hissəsində təlimçilər iştirakçılara mentor olmağın yollarını izah etmiş və mentorun bukletini yaratmaq üçün fərqli qruplara bölmüşlər. Bu qruplar 5 hissəyə - mentorluğun təşviqi, təlimə uyğunluq, komplektləşdirmə, rəhbərlik bacarıqları, keyfiyyət göstəriciləri və onların ölçülməsi hissələrinə bölünmüşdür.

Sonuncu gün isə bukletlərin hazırlığı ilə bağlı müzakirələr və ilkin təqdimatlar həyata keçirilmişdir. Daha sonra isə hər bir tərəfdaş təşkilat iştirakçıları qrup şəklində növbəti 5-6 ay ərzində yerli səviyyədə sosial sahibkarlıq barədə keçiriləcək təlimlər haqqında öz planlarını hazırlayıb təqdim etmişlər. 

Qeyd edək ki, NAYORA-nın "Start it UP, Keep it UP” layihəsinin icrasında əsas məqsədi, sosial sahibkarlıq mərkəzləri yaratmaqla və bu sahədə bacarıqlı mentorlar və təlimçilər yetişdirməklə, gələcək potensial sosial sahibkarları dəstəkləmək və gənclərin öz “Start-Up”- larına başlaya bilməsi üçün yeni imkanlar və üsullarla təmin etməkdir. 

Onu da bildirək ki, Start it UP, Keep it UP" layihəsi 2020-ci ilin sonuna qədər davam edəcək və əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştirak etmək, həvəsləndirmək və maarifləndirməkdir. 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi