Ru
Bakı
USD
EUR
GBP
RUB

“Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” monoqrafiyası çapdan çıxıb

news photo

20.08.2019 10:57 // Təhsil

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları “Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” adlı monoqrafiya çapdan çıxıb.

Akademiyadan Youthportal.az-a bildirilib ki, Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovdur.

Kitabda Naxçıvantəpə yaşayış yerində 2018-ci ildə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvantəpədə Eneolit dövrünün erkən və orta mərhələsinə aid tapıntılar əldə edilib.

Monoqrafiya universitet tələbələri və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi