Ru
Bakı
USD
EUR
GBP
RUB

Naxçıvanlı məktəblilər Zirə Mədəniyyət Mərkəzi ilə tanış olublar (FOTO)

news photo

18.03.2019 13:50 // Cəmiyyət

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində naxçıvanlı məktəblilərin növbəti səyahət ünvanı Zirə Mədəniyyət Mərkəzi Eko-Park olub.

Youthportal.az xəbər verir ki, məktəblilər mərkəz haqqında ətraflı məlumatlandırıldı.

Bildirildi ki, ümumi sahəsi on hektar olan Eko-Park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada 50 mindən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol, 1 milyona yaxın çiçək və gül əkilib.

Mərkəzdəki şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən müasir elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur. Həmçinin mərkəzdə dərzilik kursu, tikiş dərsləri keçirilir, geyimlər nümayiş edilir.

Buradakı Zirə Xalça Muzeyində 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir.

Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla, Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub.

Vurğulanıb ki, mərkəzdə tədris zamanı istifadə edilən xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.

Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.

Rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilən foto-video studiyada xüsusi fon pərdələri, işıq sistemi, kompüterləşmiş fotoavadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi