Ru
Bakı
USD
EUR
GBP
RUB

Naxçıvanda “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

news photo

31.10.2018 12:35 // Gənclər üçün

30 oktyabr 2018-ci il tarixdə Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Naxçıvan MR Gənclər və İdman Nazirliyindən Youthportal.az-a bildirilib ki, ilk olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək keçirilən tədbirin Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunduğunu vurğulayıb. Müsabiqənin məqsədi barəsində məlumat verən nazirlik əməkdaşı qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları ilə işin canlandırılması, Tələbə Gənclər Təşkilatları və onların üzvləri arasında rəqabətin formalaşdırılması, muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə tələbə gənclərin iştiraklarının təmin olunmasında Tələbə Gənclər Təşkilatları sədrlərinin fəallığının artırılmasına stimul vermək məqsədilə həyata keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsi dörd yarışmadan ibarətdir. Müsabiqəyə daxil olan ilk yarışma “Təbiətsevər” adlanır. “Təbiətsevər” yarışmasının keçirilməsində əsas məqsədlərdən biri də gənclərin ətraf mühitə qayğısını artırmaq, onlarda təbiətə sevgini təbliğ etməkdən ibarətdir. İkinci yarışmamız isə “Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışmasıdır. Adından da göründüyü kimi yarışma ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyi üçün həyata keçirdiyi xidmətlərinə həsr olunmuşdur. Müsabiqənin əsasnaməsinə əsasən hər Tələbə Gənclər Təşkilatı yarışmaya təxminən 250-300 sözdən ibarət olan 1 məqalə təqdim etməli idi. Tələbə Gənclər Təşkilatı sədrlərinin əsas vəzifəsi isə məqalənin yazılışına nəzarət etmək və lazım olduqda düzəlişlər etmək olub. Yarışmanın tam obyektiv qiymətləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən münsiflər heyəti formalaşdırılmış, həmin münsiflər tərəfindən məqalələr 10 ballıq sistemlə, bütün qaydalar nəzərə alınaraq qiymətləndirilmişdir.

Bildirilib ki, “Vətənpərvər” qısametrajlı film yarışmasında məqsəd gənclərin vətənpərvərlik tərbiyələrinin nümayişi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, qiymətləndirilməsi və stimullaşdırılması, həmçinin çəkilən filmlər vasitəsilə digər gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi olub. Müsabiqənin 4-cü yarışması olan “On/off” video yarışmasının əsas məqsədi isə sosial şəbəkələrin, eyni zamanda bütövlükdə internet resusrlarının müsbət tərəflərindən yararlanaraq Naxçıvanımızın turizm imkanlarının, tarixi abidələrinin gənclər vasitəsilə tanıdılmasını təmin etmək, bu məqsədlə gənclərimizin yaradıcılıq qabiliyyətini səfərbər etməkdir. Təqdim olunan videolar əsasında Gənclər və İdman Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində aparılan yarışmada səhifə izləyicilərinin səsverməsi nəticəsində ən çox “bəyəni” toplayan ilk 3 video qalib olub.

Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsinin “Təbiətsevər” yarışmasından ilk üç pillədə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları qərarlaşıblar.

“Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışması qalibi isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənova olub. Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülay Tahirli və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülzar Heydərli ikinci və üçüncü yerlərə layiq görülüblər.

“Vətənpərvər” qısametrajlı film yarışmasında Naxçıvan Dövlət Texniki Kollecinin komandasının çəkdiyi film qalib adını qazanıb. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun komandaları ikinci və üçüncü olublar.

Son olaraq “On/off” video yarışmasının qalibinin adı açıqlanıb. Bu, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kənan Hacızadə olub. Naxçıvan Dövlət Texniki Kollecin tələbəsi Elcan İbrahimov və Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının da hazırladıqları videolar mükafatçılar sırasına düşüb.

Mükafatlandırma mərasimində qalib komandaların videoları nümayiş etdirilib. Sonra qalib komandalar və onların üzvləri mükafatlandırılıblar. Mükafatları gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai təşkilatlarla İş Şöbəsinin böyük məsləhətçisi Tural Rzayev təqdim ediblər.

Tədbir Naxçıvan Dövlət Universitetinin sinfonik orkestrının ifasında konsert proqramı ilə davam edib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi