Ru
Bakı
USD
EUR
GBP
RUB

Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol birinciliyi keçirilmişdir (FOTO)

news photo

20.12.2018 16:34 // İdman

19 dekabr 2018-ci il tarixdə V.Zeynalov adına 3 №-li tam orta məktəbin idman zalında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol birinciliyi keçirilmişdir. 

Youthportal.az xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək qarşıdan gələn Həmrəylik günü münasibətilə komandaları təbrik etmiş və uğurlar diləmişdir. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda iştirak etmişdir. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekun nəticəsinə gəlincə, 10 №-li tam orta məktəbin komandası I yerə, 3 №-li tam orta məktəbin komandası II yerə, 15 №-li və 2 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi