Ru
Bakı
USD
EUR
GBP
RUB

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

news photo

06.06.2018 12:51 // Gənclər üçün

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.

Youthportal. az AZƏRTAC-a istinadla xəbər verir ki, oxucular müasir dizaynda yaradılan və 8 bölmədən ibarət olan saytda muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edə, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər.

Saytda, eyni zamanda, şəhər və rayonlarda fəaliyyət göstərən Gənclər və İdman idarələri, nazirliyə tabe olan təşkilatlar barədə də məlumatlar yerləşdirilib. Buradan onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə birbaşa keçid etmək mümkündür.

Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparılacaq. Daha bir yenilik isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə bağlıdır. Belə ki, nazirliyin rəsmi saytında federasiyaların sayt linkləri adları ilə qeyd olunub və bura daxil olmaqla, istənilən idman federasiyasının fəaliyyəti barədə məlumat toplamaq mümkündür. Saytın üst hissəsində isə nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alıb.

Gənclər və İdman Nazirliyi bu saytı yaratmaqla, həm də bir yeniliyə imza atıb. Belə ki, nazirliyin keçirəcəyi muxtar respublika, ölkədaxili və beynəlxalq turnirlər sayt vasitəsilə canlı yayımlanacaq.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi