Ru
Bakı
USD
EUR
GBP
RUB

NATO Baş katibi Azərbaycan sülhməramlılarına təşəkkür edib

news photo

20.08.2021 18:35 // Siyasət

"Əfqanıstandakı Həmid Karzay Beynəlxalq Hava Limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq".

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransından sonra alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, NATO Əfqanıstanda terror təşkilatlarının təkrar kök salınmasına imkan verməyəcək.

"Hazırda dünyanın gözü Əfqanıstandadır. Gün ərzində fasiləsiz olaraq təxliyə işləri aparırıq. Türkiyə bu prosesdə açar rolu oynayır. Xüsusilə, Türkiyə, ABŞ və Böyük Britaniyaya təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyinin təminatında oynadığı rola görə minnətdarıq", - Y.Stoltenberq bildirib.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi