Ru
Bakı
USD
EUR
GBP
RUB

NASA iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib

news photo

18.03.2019 15:19 // Dünyada

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.

Youthportal.az agentliyin saytına istinadla xəbər verir ki, EA2 asteroidi Yer kürəsinin yaxınlığından 305 kilometr məsafədən keçəcək. Bu, planetimizdən Aya qədər olan məsafədən 80 min kilometr azdır.

NASA-nın məlumatında diqqətə çatdırılır ki, göy cisminin Yer kürəsinə ən yaxın məsafədən uçması martın 22-də baş verəcək. Onun sürəti saniyədə 5 kilometrə yaxın, diametri isə 18-dən 40 metrə qədərdir.

Agentliyin mütəxəssisləri ötən ilin sentyabrında 70-160 metr radiusu olan asteroidin Yer kürəsinə yaxınlaşdığını bildirmişdilər. Həmin göy cismi planetimizdən 5,87 milyon kilometr məsafədən keçmişdi.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi