Ru
Bakı
USD
EUR
GBP
RUB

NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək

news photo

05.04.2019 16:49 // Dünyada

NASA astronavtları Aya göndərəcək Orion missiyasını Falcon Heavy raketləri ilə həyata keçirməyi nəzərdə tutur.Youthportal.az AZƏRTAC istinadla xəbər verir ki, bununla bağlı kosmik agentlikdə geniş müzakirələr aparılıb.

NASA-nın rəhbəri Cim Braydenstayn bildirib ki, Falcon Heavy raketləri və ICPS (Interim Cryogenic Propulsion Stage) raket nərdivanları 2022-ci ildə astronavtları Aya endirmək üçün ən yaxşı vasitələrdir. Onun sözlərinə görə, bunun üçün Orion kosmik gəmisinin Marsa və Aya uçacaq qədər yanacaqla təmin olunması problemi həll edilməlidir. NASA-nın rəhbəri əlavə edib ki, texniki detalların həlli qarşıdakı 3 ildə ən başlıca vəzifələr olacaq.

NASA-nın rəhbəri Cim Braydenstayn mart ayında keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Mayk Pensi əmin edib ki, missiyanın ilk sınaq uçuşu 2020-ci ildə həyata keçiriləcək, 2022-ci ildə isə Aya pilotlu kosmik gəmi göndərmək mümkündür. O qeyd edib ki, Falcon Heavy raketi maksimal konfiqurasiyada Yerətrafı orbitə 64 ton yük çatdıra bilər.

Amerikanın Lockheed Martin şirkətinin 2014-cü ilin dekabrında hazırladığı Orion kosmik gəmisi ilk uçuşunu həyata keçirib. Raketdaşıyıcının kosmosa ilk uçuşu isə 2020-ci ildə həyata keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 19 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi