Ru
Bakı
USD
EUR
GBP
RUB

"Narkomaniyaya qarşı mübarizə sahəsində geniş maarifləndirmə işlərinin aparılması” layihəsi keçirilib (FOTO)

news photo

18.10.2019 12:25 // Gənclər üçün

17 Oktyabr 2019-cu il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilaçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi “Sağlam nəsil-sağlam gələcək!” devizi altında narkomaniyaya qarşı mübarizə sahəsində geniş maarifləndirmə işlərinin aparılması” layihəsinin sayca 4-cü tədbiri baş tutdu. Belə ki, şəhər Gİİ-nin nümayəndəsi Elbəy Fətəliyev tədbirdə çıxış edərək Narkomaniyaya Yox! devizi altında keçirilən layihəni yüksək qiymətləndirdi və təşkilatın işinə uğurlar arzu etdi. Daha sonra təşkilatın sədri və layihə rəhbəri Sahil Hüseynzadə çıxış edərək layihə barədə ətraflı məlumat verdi. Bu tipli layihələrin sərhəd rayonlarında keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, Narkomaniya tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Bu gün narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı” icra olunmaqdadır. 

Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Tədbir təlimçilərin iştirakı ilə davam etdi. Təlimçi B.Nəbilinin iştirakı ilə slayd vasitəsilə gənclərə narkomaniyanın fəsadları, ona düçar olanların aqibəti, narkotiklərdən istifadənin hansı xəstəliklərə yol açması barədə geniş məlumat çatdırıldı. Layihənin eksperti E.Hüseynli iştirak edən gənclərlə narkotiklərin zərərli vərdişləri və ondan xilas yolları ilə bağlı qruplar daxilində praktiki iş təşkil etdi, təqdimatlar zamanı gənclər öz ideya və təkliflərini irəli sürdülər. Qeyd edək ki, layihənin növbəti tədbiri Astara rayonunda icra olunacaqdır.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi