Ru
Bakı
USD
EUR
GBP
RUB

Naqoya universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan təqdimat keçirilib

news photo

01.05.2018 15:39 // Siyasət

Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Naqoya Beynəlxalq Tədqiqatlar Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan təqdimat keçirilib.

Youthportal xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə təqdimatdan əvvəl universitetin rektoru İkuo Kameyama ilə görüşüb, ona ölkəmizin təhsil sistemi ilə bağlı ətraflı məlumat verib. Görüşdə Azərbaycan və Yaponiya təhsil müəssisələri arasında əməkdaşlıq, o cümlədən tələbə mübadiləsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

Sonra Gürsel İsmayılzadə universitetin konfrans zalında ölkəmiz haqqında təqdimatla çıxış edib. Tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Gürsel İsmayılzadə auditoriyanı, ilk növbədə, Azərbaycan, onun coğrafi mövqeyi, qədim və zəngin tarixi ilə tanış edib.

Təqdimatda 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışılıb, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, ilk dövrlərdə qarşılaşdığı çətinliklərdən bəhs edilib. Qeyd olunub ki, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti bəzi Avropa ölkələrini də qabaqlayaraq qadınlara səsvermə hüququ verib, müsəlman dünyasında ilk opera və balet məhz burada yaranıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkədə silsilə tədbirlərlə qeyd olunur. Habelə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Tədbirdə Azərbaycanda bütün sahələrin dinamik inkişafı, respublikada həyata keçirilən demokratik, siyasi-hüquqi və sosial-iqtisadi islahatlar barədə də məlumat verilib. Cari il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərini xatırladan səfir Gürsel İsmayılzadə İlham Əliyevin 86 faizdən çox səs toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdırıb.

Təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və demokratiya yolunda inamla addımladığı vurğulanıb. Dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı reallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı danışılıb.

Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına toxunan diplomat, ölkəmizin F-1 Azərbaycan Qran-Prisi, birinci Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları və digər yarışları yüksək səviyyədə təşkil etdiyini, bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın töhfələrini xüsusi vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məlumat verən səfir, Ermənistanın cinayətkar rejiminin və ona himayədarlıq edən qüvvələrin münaqişənin həllinə mane olduqlarını bildirib, hazırda Ermənistanın yerləşdiyi ərazilərin böyük hissəsinin vaxtilə Azərbaycana məxsus olduğunu diqqətə çatdırıb.

G.İsmayılzadə Azərbaycan-Yaponiya əlaqələrindən də danışıb və 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladıb. İqtisadiyyatın müxtəlif sahələri, o cümlədən enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlıqdan söz açan səfir bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Təqdimat çərçivəsində ölkəmiz barədə videoçarx göstərilib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi