Ru
Bakı
USD
EUR
GBP
RUB

Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi açılacaq

news photo

19.06.2019 15:02 // Cəmiyyət

İyunun 21-dən iyulun 10-dək Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, sərgidə rəssamın son illərdə yaratdığı, indiyədək heç bir yerdə təqdim olunmayan rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, Mahmud Rüstəmov 1967-ci ildə Bakı şəhərində anadan olub. O, 1982–1986-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1986-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. 1995-1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub. Mahmud Rüstəmov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın indiyədək çoxsaylı sərgiləri açılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi