Ru
Bakı
USD
EUR
GBP
RUB

Müstəqil ekspertlərə müsahibənin keçirilmə qaydaları barədə məlumat verilib

news photo

25.12.2018 11:19 // Təhsil

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil olunub.

DİM-dən Youthportal.az-a bildiriblər ki, təlimdə müsahibələrə cəlb olunacaq müstəqil ekspertlər iştirak ediblər.

Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilib, müsahibə prosesi zamanı baş verməsi mümkün olan bəzi gözlənilməz hadisələr zamanı hansı addımların atılması məsələləri müzakirə edilib. Təlim iştirakçılarına, həmçinin dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibənin nəticəsi ilə bağlı apellyasiya şikayətlərinə baxılma qaydası barədə təqdimat nümayiş etdirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi