Ru
Bakı
USD
EUR
GBP
RUB

Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası keçirilib (FOTO)

news photo

14.11.2019 12:02 // Gənclər üçün

Bu gün Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası keçirildi. 

Youthportal.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak edirdilər. İclas çərçivəsində MDB üzv dövlətlərində həyata keçirilən dövlət gənclər siyasəti, “MDB ölkələrinin gənclərlə iş sahəsində beynəlxalq əməkdaşlıq strategiyası”nın 2018-2020-ci illər üzrə Tədbirlər Planı, “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsi, MDB Gənclər paytaxtının seçilməsinin əsasnaməsi və sair mövzular ətrafında müzakirələrin aparıldı. 

Şura iclası ilə yanaşı, 14 noyabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə gənclər siyasəti sahəsində Sazişin imzalandması məraimi ilk dəfə baş tutdu. Azərbaycan tərəfindən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfindən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya sənədi imzalandı.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi