Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqili Teatrın solistləri Klassik Vokalçıların Ümumrespublika Festivalında iştirak edəcək

news photo

12.12.2019 16:29 // Cəmiyyət

Dekabrın 17-dən 24-dək ölkəmizdə keçiriləcək “Mədəniyyət” kanalının yeni layihəsi – Klassik Vokalçıların Ümumrespublika Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri də iştirak edəcəklər.

Bu barədə Youthportal.az-a açıqlamasında Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festival çərçivəsində müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında, musiqi kollektivlərinin müşayiəti ilə silsilə konsert proqramlarında, tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifaları təqdim olunacaq. Belə konsertlərdən biri də dekabrın 22-də saat 19:00-da Akademik Musiqili Teatrda həyata keçiriləcək. Teatrda çalışan istedadlı solistlərimiz – Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, vokal artistlərimiz Əliməmməd Novruzov, Mehriban Zaliyeva, Səməd Xasiyev, Eleanora Mustafayeva, Aydan Həsənova, İbrahim Əlizadə, Türkel Tariqpeyma, Ülkər Quliyeva, Şaban Cəfərov, Emin Zeynallı və Hidayət Əliyevin ifasında repertuarda olan tamaşalardan, görkəmli bəstəkarların klassik operettalarından partiyalar ifa olunacaq. Həmçinin bu layihənin rəhbəri “Mədəniyyət” kanalının direktoru Əməkdar artist Ramil Qasımov da öz musiqi töhfəsini tamaşaçılara təqdim edəcək. İnanıram ki, ilk dəfə təşkil olunmasına baxmayaraq bu festival bütün musiqisevərlərin marağına səbəb olacaq, Azərbaycanda vokal sənətinin təbliği, yeniyetmə və gənclərdə yüksək musiqi zövqünün formalaşmasına böyük təkan verəcək”,- deyə Ə.Lalayev söyləyib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi