Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqili Teatrda növbəti konsert...

news photo

04.12.2019 13:54 // Cəmiyyət

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti olacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, beş müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər – Lalə Məmmədova (vokal), Toğrul Əsədullayev (kamança), Ruslan Hüseynov (bass gitara), İsgəndər Ələsgərov (zərb alətləri), Kamran Kərimov (nağara), beynəlxalq müsabiqələr laureatları Pərviz Məmmədov (fortepiano), İlqar Baxşıyev (truba), bəstəkar Pikə Axundova (fortepiano), Ramin Pələngov (balaban), musiqiçinin bacısı, Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.

Konsertin dirijoru, Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi