Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqili Teatrda “Nəsimi” kompozisiyasının təqdimatı keçiriləcək

news photo

05.12.2019 12:58 // Cəmiyyət

Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” kompozisiyasının təqdimat mərasimi olacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir. Balet kompozisiyanın quruluşu da Emin Əliyevə məxsusdur.

Kompozisiyasının quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Bu klip “Nəsimi ili”nə teatrın böyük hədiyyəsi olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi