Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqili Teatrda “Ey Vətən” adlı konsert olacaq

news photo

19.11.2019 16:32 // Cəmiyyət

Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun “Ey Vətən” adlı solo konserti olacaq.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, konsertdə ifaçı “Azərbaycan”, “Sevgili canan”, “Ana”, “Dichitenchello Vuie”, “O Sole mio”, “I will survive”, “Quizas, Quizas, Quizas”, “Hava nağıla” (Yəhudi xalq mahnısı), “Litalyano Pero” və “Ey Vətən” mahnılarını ifa edəcək.

Qeyd edək ki, Akademik Musiqili Teatrın kiçik yaşlı aktyoru Atilla Məmmədov vokal ifaçılığına hələ 6 yaşında ikən başlayıb. O, 2017-ci ildə həm İtaliyada “Testene Art”, həm də Gürcüstanda keçirilən “Harmony World” beynəlxalq müsabiqələrində birinci yerin qalibi olub.

2017-ci ildə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə onun adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və Prezident təqaüdünə layiq görülüb.

2017-ci ildən Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirən kiçik yaşlı aktyor ötən mövsümdə premyerası olan “Balaca Şahzadə” tamaşasında Balaca Şahzədə obrazını canlandıran iki aktyordan biridir.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi