Ru
Bakı
USD
EUR
GBP
RUB

Musiqili Teatr 110-cu mövsümünü “O olmasın, bu olsun” tamaşası ilə açacaq

news photo

14.08.2019 14:45 // Cəmiyyət

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü sentyabrın 20-də açacaq.

Youthportal.az xəbər verir ki, həmin gün milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq.

Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi